İyn
2022
01:31
88
30
1193
Virtual karabakh

Bayden yeni iqtisadi təşəbbüs elan edəcək

9 İyn, 2022
01:31
1193

Bayden yeni iqtisadi təşəbbüs elan edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Co Bayden Amerika sammitində Qərb yarımkürəsi ölkələri üçün “İqtisadi Rifah naminə Amerika Tərəfdaşlığı” adlı yeni əməkdaşlıq formatını elan edəcək.

Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, sənəd tarixi səciyyə daşıyır. O, Qərb yarımkürəsi ölkələrinin iqtisadiyyatının bərpasına və böyüməsinə töhfə verməlidir.

Bəyanatda vurğulanır ki, dünya üzrə ÜDM-nin 31,9 faizi məhz Amerika qitəsi ölkələrinin payına düşür. Ancaq indi bu ölkələr, xüsusən Latın Amerikası və Karib hövzəsi Ukrayna ətrafındakı vəziyyət, artan inflyasiya və koronavirus pandemiyasının nəticələri səbəbindən dünyada iqtisadi göstəricilərin ən əhəmiyyətli azalması ilə üzləşir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri