İyn
2022
11:18
57
26
768
Virtual karabakh

Amerikalı senator ştatda narkotikin benzindən daha sərfəli olduğunu dedi - VİDEO

9 İyn, 2022
11:18
768

Amerikalı senator ştatda narkotikin benzindən daha sərfəli olduğunu dedi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Luizianadan olan respublikaçı senator Con Kennedi bildirib ki, onun ştatında benzin o qədər bahadır ki, kokain almaq daha sərfəlidir. O, Prezident Co Baydenin yanacağın bahalaşmasının öhdəsindən gələ bilmədiyini qeyd edib.

“Benzinin qiyməti o qədər yüksəkdir ki, kokain almaq və sadəcə qaçmaq daha ucuz başa gəlir”, - deyə o bildirib.

Hazırda Luizianada benzinin orta pərakəndə satış qiyməti qallon üçün (3,785 litr) 4,495 dollardır (7,64 manat). Eyni zamanda, yanacağın ölkə üzrə orta qiyməti qallon üçün təxminən 4,955 dollardır (8,42 manat).

ABŞ Avtomobil Assosiasiyasının hesablamalarına görə, Prezident Co Baydenin andiçmə mərasimindən bəri ABŞ-da yanacaqdoldurma məntəqələrində benzin iki dəfə bahalaşıb. Təşkilatın məlumatına görə, adi markalı benzinin orta qiyməti tarixi maksimumunu yeniləyib. 2021-ci ilin yanvarında Bayden vəzifəyə gələndə bu rəqəm bir qallon üçün 2,38 dollar (4,04 manat idi) idi.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri