10 
İyn
2022
08:20
79
110
1835
Virtual karabakh

Asiyada ilk: Tailand kannabis yetişdirilməsini və istifadəsini qanuniləşdirdi

10 İyn, 2022
08:20
1835

Asiyada ilk: Tailand kannabis yetişdirilməsini və istifadəsini qanuniləşdirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 9-da narkotiklə mübarizə üzrə ciddi qanunları ilə tanınan ölkə olan Tailand kannabisin yetişdirilməsini, həmçinin qida məhsulları və içkilərdə istifadəsini qanuniləşdirdi və bununla da kannaibisi rəsmiləşdirən ilk Asiya ölkəsi oldu.

Bu barədə “Reuters” xəbər verib.

Alıcılar artıq içkilər, şirniyyatlar və tərkibində kannabis olan digər məhsullar üçün satış nöqtələrində növbəyə dururlar. Bir çoxları dünən gecədən bəri ayaqdadır. Ancaq bununla belə marixuana çəkmək hələ də qanunla qadağandır.

Tailand artıq 2018-ci ildə tibbi marixuananı qanuniləşdirib. İndi hökumət satışından gəlir əldə edilməsi məqsədilə fermerləri onu  yetişdirməyə təşviq etmək üçün bir milyon bitki verməyi planlaşdırır.

Bununla belə səlahiyyətlilər təklif olunan məhsulların gücünü məhdudlaşdırmaqla onun rekreasiya məqsədləri üçün istifadəsinin qarşısını almağa çalışırlar. Tərkibində 0,2%-dən çox psixoaktiv tərkib hissəsi - tetrahidrokannabinol (THC) olan kannabis ekstraktlarının saxlanmasına və satışına icazə verilmir.

Qanunu pozanları hələ də həbs cəzası və cərimə gözləyir.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri