10 
İyn
2022
06:52
168
26
780
Virtual karabakh

Litva xarici işlər naziri: “Litva Patriarx Kirilli yenidən sanksiyalar siyahısına daxil etməyə çalışacaq”

10 İyn, 2022
06:52
780

Litva xarici işlər naziri: “Litva Patriarx Kirilli yenidən sanksiyalar siyahısına daxil etməyə çalışacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Litva Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli Aİ-nin sanksiyalar siyahısına daxil etməyə çalışacaq. Bu barədə Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis açıqlama verib.

“Əlbəttə, [Patriarx Kirilli Aİ-nin sanksiyalar paketinə daxil etmək üçün] imkanlar var və bunu etmək lazımdır, çünki çox açıq və aydın sübutlar paketi təqdim edilib ki, onun əsasında Patriarx Kirill (sanksiyalar siyahısına) daxil edilib, çünki sübut olmasaydı, paket təqdim olunmazdı”, - deyə diplomat vurğulayıb.

Landsberqisin qeyd etdiyi kimi, bütün Aİ ölkələrinin başçıları görüş zamanı nümayiş etdiriləcək sübutlarla razılaşmalıdırlar.

"Bu, razılaşdırılmış siyahı idi və liderlərin qərarından sonra sənədin təsdiq üçün ən son təqdim edilməsindən əvvəl (patriarx) üstündən xətt çəkildi", - deyə Litvanın xarici işlər naziri qeyd edib.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri