15 
İyn
2022
18:18
71
25
1780
Virtual karabakh

ABŞ-ı idarə edən silah lobbisi və qətliamların səbəbləri - VİDEO

15 İyn, 2022
18:18
1780

ABŞ-ı idarə edən silah lobbisi və qətliamların səbəbləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu görüntü 1999-cu il 4 aprel tarixində Kolumbayn ali məktəbində törədilən silahlı qətliamdan bir neçə dəqiqə əvvəl, məktəbin təhlükəsizlik kamerası ilə qeydə alınıb. Nəticədə 15 tələbə ölüb, 24-ü yaralanıb. Bu foto isə qətliamdan bir neçə ay sonra çəkilib. Hollivud aktyoru Çarlton Heston prezidentliyə namizəd Al Qorun seçki kampaniyasında çıxışı zamanı başı üzərinə 1866 model “Vinçester” tüfəngini qaldırır və fərdi silahlanmanı təbliğ edir. Bu iki hadisəni birləşdirən cəhət və ABŞ-ın son 150 illik tarixində əsas rol oynayan silah lobbisinin nə qədər güclü olduğu barədə bir az sonra biləcəyik. İndi isə gündəmə qayıdaq. 

194 gündə 266 silahlı insident. Bu, sadəcə 2022-ci il ərzində ABŞ-ın müxtəlif şəhərlərində qeydə alınan kütləvi silahlı hücumların siyahısıdır. Üstəlik, bu hadisələrin arxa planında şəxsi ədavət yoxdur. Məktəbdə qısnamaya məruz qalmış şagird, qonşularına nifrət edən gənc və ya başqa bir səbəb, əsas motivasiya kütləyə yönəlmiş nifrətdir. ABŞ Prezidenti Co Bayden insanların rahat şəkildə silah əldə etməsinin qarşısını almaq üçün yeni qanun layihəsinin Senatda təsdiq olunmasını gözləyir. Burada yaşı 21-dən az olan şəxslərin silah əldə etməsinin qadağan olunması, psixoloji testlərin sərtləşdirilməsi, məktəblərdə silahdan istifadənin fəsadları ilə bağlı dərslərin keçirilməsi kimi düzəlişlər nəzərdə tutulur. Lakin bir çox ekspert hesab edir ki, bu tədbirlər vəziyyəti yaxşılaşdırmaq üçün kifayət deyil. Səbəbi anlamaq üçün Çarlton Hestonun bu fotosuna yenidən nəzər yetirmək lazımdır.

Çarlton Heston kovboy filmlərində çəkilən, öz zamanının məşhur aktyorlarındandır. Bir çoxlarına məlum olduğu kimi, 20-ci əsrin ortalarına qədər ABŞ-da mərkəzi polis sistemi olmadığına görə fərdi silahlanan şəxslər cinayətkarları tutub qanuna təslim edirdilər. Bu insanlar tarix boyu amerikalıların əsas ruhunu təmsil edirdilər. Fərdi silahlanmanın əsas motivasiyası da bu idi. Hətta bu minvalla 1871-ci ildə Milli Tüfəng Assosiasiyasının (NRA) əsası qoyulur. Çarlton Heston da 1998-2003-cü illər arasında bu təşkilatın prezidenti olub. İddiaya görə, NRA ABŞ-ın ən güclü maraq lobbisi təşkilatıdır. Siyasi fəaliyyətlərə ildə 250 milyon dollardan çox pul ayırdığı bildirilir. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Co Baydenin belə yumşaq qanun layihəsi hazırlatması da buna görədir. İngilislərə qarşı azadlıq savaşından vətəndaş müharibəsinə, qanun qaçaqlarına qarşı aparılan kovboyların savaşına qədər bugünkü ABŞ-ı ortaya çıxaran əsas faktor fərdi silahlanma olub.

İndi bunun birdən-birə silinməsi mümkün deyil. Üstəlik, 100 milyonlarla dollar lobbiçilik  maliyyəsini də unutmaq olmaz.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri