16 
İyn
2022
21:26
39
207
915
Virtual karabakh

Almaniya kansleri Kiyevdə Rusiyaya qarşı enerji blokadası məsələsinə toxunmayıb

16 İyn, 2022
21:26
915

Almaniya kansleri Kiyevdə Rusiyaya qarşı enerji blokadası məsələsinə toxunmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Ukraynada səfərdə olan Almaniya kansleri Olaf Şolts Kiyevdə Prezident Volodimir Zelenski ilə görüşdən sonra ilk açıqlamalarla çıxış edib.

Almaniyalı siyasətçi bəyan edib ki, ölkəsi Ukraynanın ehtiyacı olduğu müddətcə Kiyevə silah göndərməkdə davam edəcək.

Olaf Şolts Ukraynanın Almaniyanın hava hücumundan müdafiə sistemləri ilə təchiz olunacağına da söz verib.

Almaniya kansleri söyləyib ki, ölkəsi ABŞ və Böyük Britaniya ilə birgə Ukraynaya Reaktiv Yaylım Atəş Sistemlərinin tədarükü ilə bağlı məsələdə razılığa gəlib.

O. Şolts mətbuata açıqlamasında Almaniyanın Rusiya Federasiyasına qarşı enerji blokadasına qoşulub-qoşulmayacağına bağlı məqama isə toxunmayıb.

Mənbə: Segodnya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri