17 
İyn
2022
17:30
19
100
1205
Virtual karabakh

Ukraynadakı müharibənin soydaşlarımıza təsiri - VİDEO

17 İyn, 2022
17:30
1205

Ukraynadakı müharibənin soydaşlarımıza təsiri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dörd aya yaxındır Rusiyanın Ukraynada apardığı hərbi əməliyyat humanitar fəlakətlərlə yanaşı, qaçqın axınına da səbəb olub. Evlərindən didərgin düşənlər arasında Ukraynada yaşayan azərbaycanlılar da var. Onların böyük əksəriyyəti Avropaya axın etsə də, bir qismi Ukraynanın mərkəzi və ya qərb şəhərlərinə sığınıb. 

Döyüşlər gedən bölgələrdən köç edənlər əsasən Vinnitsa vilayətində, ya da ölkənin qərbində məskunlaşır. Vinnitsa vilayət administrasiyasının rəsmisi qaçqınların mövcud vəziyyəti ilə bağlı Baku TV-yə danışıb. 

Vilayət rəsmisi qeyd edib ki, Vinnitsa vilayəti ukraynalı məcburi köçkünlər üçün marşrutların kəsişdiyi əraziyə çevrilib. 

“Vilayətimizdə mühüm əhəmiyyət kəsb edən infrastruktur və ya hərbi obyektlər yoxdur. Sözsüz, bizim bölgə bütün insanları, həmçinin digər xalqların nümayəndələri olan Ukrayna vətəndaşlarını qəbul edib. Onların arasında azərbaycanlılar da var, hansılar ki, Ukraynada ən böyük diasporu olan xalqdır. Ukraynanın cənubunda, Xerson, Nikolayev, Zaporojye, Melitopol, Mariupolda, həmçinin Donbas və Xarkovda, yəni ölkənin hər yerində çox sayda azərbaycanlı yaşayıb, yaşayır və bundan sonra da yaşayacaq. Çünki azərbaycanlılar bizim üçün dost xalqdır və onlarla çox yaxşı münasibətlərimiz var”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda da döyüşlərin getdiyi Donbas əyaləti, Xarkov, Zaporojye və Nikolayev vilayətlərindən azərbaycanlılardan ölkə xaricinə köç edənlər var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri