18 
İyn
2022
19:45
233
21
1045
yuxarı
Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi aparılıb
18 İyn, 2022
19:45
1045
233
21
Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi aparılıb
Ukrayna rusiyalı hərbçilər tərəfindən əsir götürülən beş vətəndaşını azad edə bilib.
Bu barədə ölkənin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Bu gün Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı beşə-beş formuluna əsasən növbəti mübadilə həyata keçirib. Beş Ukrayna vətəndaşı vətənə qayıdıb. Sərbəst buraxılanların hamısı işğalçı qüvvələr tərəfindən qanunsuz olaraq saxlanılan mülki şəxslərdir”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, əsirlərdən üçü Kiyev vilayətinin Qostomel şəhərinin Rusiya hərbçiləri tərəfindən işğalı zamanı əsir götürülüb.
Baş Kəşfiyyat İdarəsi əsirlərin dəyişdirilməsi ilə yanaşı, bəzi ölən ukraynalı hərbçilərin cəsədlərini də geri qaytarmağa nail olub.
Mənbə: rbc.ua
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
25 
İyn
2022
16:40
“Sihirli Annem”, “Hanımın Çiftliği” seriallarının ssenaristi vəfat etdi - FOTO
7
34
515
25 
İyn
2022
15:38
Berlin meri saxta Vitali Kliçko ilə videobağlantı vasitəsilə yarım saat danışdı
11
62
1173
25 
İyn
2022
15:23
Birləşmiş Ştatlar NATO-nun Avropadakı qüvvələrinin yeni komandanını təsdiqlədi
77
5
434