19 
İyn
2022
22:48
128
60
1677
Virtual karabakh

Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub - YENİLƏNİB

19 İyn, 2022
22:48
1677

Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Prezidenti Emmanuel Makronun “Birlikdə!” (“Ensemble!”) koalisiyası ikinci turda Milli Məclisdə yerlərin mütləq əksəriyyətini ala bilməyib.

Makronun yaratdığı koalisiyaya “İntibah” (əvvəlki “İrəli, Respublika” – red.) Partiyasından əlavə mərkəzçi “Demokratik Hərəkat” Partiyası, sağ mərkəzçi Üfüqlər və Hərəkat partiyaları daxildir. Koalisiya Milli Assambleyada 205-dən 235-ə qədər yer alacaq və bununla da sadə səs çoxluğunu təmin edəcək.

Nəticələrə görə ikinci yerdə 170-dən 190-a qədər mandat alacaq Jan-Lük Melanşonun Yeni Xalq Ekoloji və Sosial Birliyi (“Nupes”), üçüncü yerdə isə Marin Le Penin Milli Birlik Partiyası qərarlaşıb. O, əvvəlkindən 10 dəfə çox, 75-dən 95-ə qədər mandat alıb.

İlkin məlumatlarda seçicilərin 54 faizi bitərəf qalıb. Seçicilər 1 148 namizəd arasından növbəti 5 il üçün parlamentin 577 deputatını seçiblər.

2017-ci ildəki əvvəlki parlament seçkilərində Prezident Emmanuel Makron “İrəli Respublika” və müttəfiqləri Milli Məclisdə çoxluq qazanıblar.

“İrəli, Respublika!”nın 308 deputatı, Demokratik Hərəkatın və müttəfiq partiyaların 42 deputatı, 2017-ci ilin noyabrında yaradılan “Hərəkat” Partiyası ilə Demokratlar və Müstəqillər İttifaqının birləşmiş qrupunun 9 deputatı var.

Mənbə: gazeta.ru

09:42

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək.

Seçkilərdə 577 deputatın adı məlum olacaq.

Deputat mandatını qazanmaq üçün siyasətçilər səslərin yarıdan çoxunu almalıdırlar.

Birinci turun nəticələrinə görə, liderlər Fransa prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası (25,75 %) və Jan-Lük Melanşonun yaratdığı “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” sol blokunun nümayəndələri (25,66 %) olublar. Üçüncü yerdə 18,7% səslə Marin Le Penin “Milli Birlik” partiyası qərarlaşıb.

Seçkilərin birinci turunda 50,2 %-lik rekord aşağı səviyyədə seçici fəallığı qeydə alınıb. Bunun fonunda fransalı siyasətçilər seçiciləri ikinci tura fəal iştirak etməyə çağırıblar.

Prezident partiyasının parlamentdə 415-445 yer qazanacağı proqnozlaşdırılır.

Birinci turdan sonra solçu “Fəth edilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon ölkənin Daxili İşlər Nazirliyi tərəfindən keçirilən parlament seçkilərində səslərin hesablanmasının dürüstlüyünə şübhə etdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri