21 
İyn
2022
13:24
186
56
863
Virtual karabakh

İranda saxta spirtli içkidən 19 nəfər zəhərləndi, bir nəfər öldü - FOTO

21 İyn, 2022
13:24
863

İranda saxta spirtli içkidən 19 nəfər zəhərləndi, bir nəfər öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Ərdəbil vilayətinin Meşkinşəhr şəhərində saxta spirtli içkidən 19 nəfər zəhərlənib və bir nəfər ölüb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə məlumatı Böhran İdarəetmə və Təcili Tibbi Yardım Mərkəzinin müdiri Məcid Məhəmmədqəribani açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslər doğum günü məclisində saxta içki içərək zəhərləniblər.

Zəhərlənənlər arasından bir nəfərin hazırda komada olduğu və vəziyyətinin ağır qiymətləndirildiyi bildirilib.

Xatırladaq ki, İranda spirtli içkilərin satışı qanunla qadağandır. Buna görə də bəzi ölkə vətəndaşları zirzəmilərdə gizli şəraitdə spirtli içki hazırlayaraq satırlar ki, bu da bir çox hallarda insanların zəhərlənməsi və ölməsi ilə nəticələnir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri