22 
İyn
2022
01:53
50
203
1485
Virtual karabakh

Hindistanda təbii fəlakət qurbanları artdı: Yemək yeyərkən hamilə qadını ildırım vurdu

22 İyn, 2022
01:53
1485

Hindistanda təbii fəlakət qurbanları artdı: Yemək yeyərkən hamilə qadını ildırım vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda ildırım vurması nəticəsində 3 nəfər ölüb.

Hadisə Assam ştatının Mazbat rayonunda baş verib.

Onlar 13 və 15 yaşlı iki yeniyetmə qız, həmçinin 7 aylıq hamilə 20 yaşlı qadın olub.

İldırım çaxanda onlar hər üçü nahar edirmiş. Həmin şəxslər hadisə yerində ölüblər. Ərazidə bir neçə ev heyvanı da tələf olub.

Faciə ucqar bölgədə baş verdiyindən polis həmin əraziyə çatmaq üçün cəngəllikdə 14 km getməli olub.

Assam ştatının şimal-şərqində bir həftədir yağan daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb.

Ümumilikdə Assamın 29 dairəsindən 4,7 milyon sakini daşqınlardan zərər çəkib. 2,2 mindən çox kənd su altında qalıb. 23 min sakin təbii fəlakət zonasından müvəqqəti düşərgələrə köçürülüb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir.

Mənbə: India Today

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri