22 
İyn
2022
16:06
220
42
782
Virtual karabakh

Polşa prezidenti: “Putini Qərblə dialoq istəməyə məcbur etməliyik”

22 İyn, 2022
16:06
782

Polşa prezidenti: “Putini Qərblə dialoq istəməyə məcbur etməliyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vladimir Putinlə danışıqlar aparmaq olar, amma bu təşəbbüsü Qərb yox, Rusiya Prezidentinin özü göstərməlidir”.

Bu barədə Polşa Prezidenti Andjey Duda Varşavada öz ölkəsinin diplomatları ilə görüşündə bildirib.

“Söhbət Putinlə danışmamaqdan getmir. Söhbət Putinin özünün danışmaq istəməsindən gedir, Avropa liderlərinin onun danışmasını istəməsindən deyil. Biz vintləri elə sıxıb (Rusiyanı), Ukraynaya elə kömək etməliyik ki, Putin özü danışıqların baş tutmasını istəsin”, - deyə Polşa Prezidenti qeyd edib.

O həmçinin əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar Ukrayna onların ləğv oluna biləcəyini bildirənə qədər qüvvədə olmalıdır, Qərb isə anlamalıdır ki, Moskva ilə əvvəlki kimi iş görmək artıq mümkün deyil.

“Rusiyanı alçaltmağın yolverilməz olduğunu, ona simasını saxlamağa icazə vermək lazım olduğunu eşitmək utancvericidir. Hücum edən və öldürən Rusiyadır, Rusiyaya heç kim hücum etməyib. Londonda onilliklər ərzində baş verən qətllər kontekstində Rusiyanın NATO təhdidləri haqqında hekayələri, Ukraynada müharibə, daha əvvəl Gürcüstan və Suriyada müharibələr iyrənc təbliğatdır. Bu müharibəyə görə məsuliyyət daşıyan Rusiyadır və Ukraynadan Afrikaya, həmçinin dünyanın digər bölgələrinə taxıl çatdırmaq mümkünsüz olduğu üçün dünyada aclığın yaranması ehtimalına görə məsuliyyət daşıyacaq”, - deyə Duda vurğuladı.

Mənbə: Ukrainskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri