23 
İyn
2022
12:42
108
14
3348
Virtual karabakh

91 yaşlı media maqnatı supermodellə boşanır

23 İyn, 2022
12:42
3348

91 yaşlı media maqnatı supermodellə boşanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyadan olan amerikalı biznesmen, media maqnatı Rupert Merdok və supermodel Cerri Holl boşanmağa qərar veriblər.

Altı illik münasibətdən sonra cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Hesabında milyardları olan media maqnatı 91 yaşlı Rupert Merdok və hələ də “Saint Laurent” reklamlarında görünən 70-ci illərin əfsanəvi supermodeli, 65 yaşlı Cerri Holl arasındakı münasibət çoxlarına nağıl kimi görünürdü.

Ancaq görünür, cütlük altı illik evlilikdən sonra heç bir kompromisə gələ bilməyib.

“News Corp.”a rəhbərlik edən Merdokun sərvəti 17,7 milyard dollardır. Onun ailəsi beş ölkədə 120 qəzetə (o cümlədən “The Wall Street Journal”, “The New York Post”, “The Sun”) ABŞ, Avropa, Latın Amerikası, Afrika və Asiyada bölmələri olan televiziya kabel şəbəkəsinə sahibdir.

Mənbə: New York Times

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri