23 
İyn
2022
14:27
177
17
1110
Virtual karabakh

Avropa Parlamenti Ukrayna və Moldovaya namizəd statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib - FOTO

23 İyn, 2022
14:27
1110

Avropa Parlamenti Ukrayna və Moldovaya namizəd statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Parlamenti Ukrayna və Moldovaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib.

Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola özünün “Twitter” hesabında bəyan edib.

“Avropa Parlamentinin birmənalı və güclü mövqeyi. Bu gün Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verməlidir, Gürcüstan üçün də eyni yol açılır. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində liderlik, qətiyyət və uzaqgörənlik nümayiş etdirəcək”, - deyə o bildirib.

Metsola Aİ-nin etibarlı tərəfdaş və geosiyasi oyunçu olaraq qaldığını vurğulayıb.

Xatırladaq ki, bu gün Brüsseldə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının ikigünlük sammiti başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri