24 
İyn
2022
10:15
239
38
2525
Virtual karabakh

Rusiyada naməlum şəxslər sərnişinlərlə dolu vaqonu yandırdılar - FOTO/VİDEO

24 İyn, 2022
10:15
2525

Rusiyada naməlum şəxslər sərnişinlərlə dolu vaqonu yandırdılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Novıy Urenqoy-Orenburq sərnişin qatarının vaqonunda yanğın baş verib.

Bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yanğın barədə məlumat daxil olan kimi, vaqon qatardan ayrılıb və yanğının söndürülməsinə başlanılıb.

Hadisənin baş verdiyi vaqonda 19 nəfər olub. Onlar xəsarət almayıblar.

“Hazırda ərazidə hərəkət dayandırılıb. Hadisəyə ilkin səbəb olaraq qəsdən yandırılma göstərilir”, - deyə qurumdan bildirilib.

Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: RG.RU

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri