25 
İyn
2022
08:10
156
24
1038
Virtual karabakh

Texasda məktəblilərə dərsə kapüşonda gəlmək qadağan edildi

25 İyn, 2022
08:10
1038

Texasda məktəblilərə dərsə kapüşonda gəlmək qadağan edildi

Texasda məktəblərdən birində şagirdlər üçün yeni qaydalar tətbiq edilib.

Bu barədə KSAT məlumat verib.

Yeni qərara əsasən, uşaqlara kapüşonlu hər hansı paltar geyinmək qadağan edilib.

Qadağa həmçinin sviter və gödəkçələrə də aiddir. Eyni zamanda yubka, paltar və şortikləri indi yalnız dördüncü sinfə qədər olan şagirdlərin geyinməsinə icazə verilib.

Məktəbdən verilən açıqlamada bildirib ki, dress-kod “şagirdlərin özünəhörmətini artırmaq, sosial-iqtisadi fərqləri aradan qaldırmaq və məktəbdə təhlükəsizliyi artıran və öyrənmə mühitini yaxşılaşdıran müsbət davranışı təşviq etmək üçün tətbiq edilib”.

Yeni qaydalar sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasına səbəb olub. Bir çox valideyn qadağanın lazımsız və əsassız olduğunu qeyd edib. Məktəb nümayəndələri isə öz növbəsində uşaqlara kiçik yaşlarından geyim tərzi mədəniyyətinin aşılandığını və bunun gələcəkdə məşğulluğun təmini baxımından son dərəcə faydalı olacağını bildiriblər.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri