25 
İyn
2022
17:08
20
209
832
Virtual karabakh

Türkiyədə əyləncə mərkəzində ov tüfəngindən atəş açıldı: Altı nəfər yaralandı - VİDEO

25 İyn, 2022
17:08
832

Türkiyədə əyləncə mərkəzində ov tüfəngindən atəş açıldı: Altı nəfər yaralandı - VİDEO

Türkiyənin Bursa şəhərinin Orhanqazi rayonunda magistral yolda yerləşən əyləncə məkanında silahlı insident yaşanıb.

Hadisə gecə saat 03:30 radələrində Orhanqazidə magistral yolda yerləşən əyləncə mərkəzinin qarşısında baş verib. Əldə edilən məlumata görə, məkana əylənmək üçün gələn 3 nəfər bir müddət əyləndikdən sonra çölə çıxıb. Çöldə başqa bir qrupla etdikləri mübahisə tezliklə davaya çevrilib. Hadisədən sonra 3 nəfər məkanı tərk edib.

İnsident barədə xəbər alan polis qrupları hadisə yerinə gələrkən mübahisə edən şəxslərdən biri əlindəki tüfənglə yolun qarşı tərəfindən əyləncə məkanına doğru atəş açıb.

Nəticədə biri polis olmaqla 6 nəfər yaralanıb.

Yaralılar xüsusi nəqliyyat vasitələri və təcili yardım maşınları ilə Orhanqazi Dövlət Xəstəxanasına aparılıb və müalicə altına alınıb. Vəziyyətləri ağır olan iki nəfər ilkin müdaxilələrdən sonra Bursa Şəhər Xəstəxanasına və Uludağ Universiteti Tibb Fakültəsi xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra xəstəxana və əyləncə mərkəzinin qarşısına çoxlu sayda polis qrupları göndərilib. Xəstəxanada geniş təhlükəsizlik tədbirləri alınıb.

Hərəkətə keçən polis qrupları əyləncə mərkəzinə tüfənglə atəş açdığı iddia edilən şəxsin tutulması üçün araşdırma başladıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri