Zelenski beş ölkədəki səfirləri işdən çıxarıb
Zelenski beş ölkədəki səfirləri işdən çıxarıb
Prezident Volodimir Zelenski iyunun 24-də Ukraynanın bir neçə səfirinin, o cümlədən Gürcüstan, Slovakiya və Portuqaliyadakı səfirlərinin istefaya göndərildiyini ehtiva edən fərman verib.
Fərmana əsasən, Gürcüstandakı səfir İqor Dolqov, Slovakiyadakı səfir Yuri Muşk və Portuqaliyadakı səfir İnna Oqnivets işdən azad ediliblər.
Hər üç səfir uzun müddət vəzifədə olub və hələ beşinci prezident Petro Poroşenko dövründə təyin edilib.
Qeyd edilir ki, Dolqov hələ martın 1-də Rusiyanın hərbi müdaxiləsi fonunda Tbilisinin qeyri-dost addımlarına görə məsləhətləşmələr üçün geri çağrılıb.
Zelenski həmçinin İran İslam Respublikasındakı səfir Sergey Burdilyak, Livan Respublikasındakı səfir İqor Ostaşı da işdən azad edib.
Xatırladaq ki, bundan öncə Ukrayna prezidenti Niger və Kamerundakı səfirləri də vəzifələrini səmərəsiz icra etdikləri üçün vəzifədən çıxarmışdı.
Mənbə: RBK-Ukraina