26 
İyn
2022
03:46
176
76
5943
Virtual karabakh

Sankt-Peterburqda qız sevgilisinin qucağından Qriboyedov kanalına düşdü - VİDEO

26 İyn, 2022
03:46
5943

Sankt-Peterburqda qız sevgilisinin qucağından Qriboyedov kanalına düşdü - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində körpüdə gənc oğlan sevgilisini qucağına alaraq Qriboyedov kanalının üzərində tutmaq qərarına gəlib, nəticədə qız suya düşüb.

Gənc oğlan qəfildən qızı qucağına alıb və onunla birlikdə körpünün kənarına gedib. Sonra qızla birlikdə körpünün hasarının üzərinə əyilib, amma qızı saxlamağa gücü çatmayıb. Nəticədə qız suya düşüb, oğlanı isə yaxınlıqda olan iki kişi ayaqlarından tutaraq saxlayıb.

Hadisə şahidlərindən biri qızı xilas etmək üçün suya tullanıb, naməlum şəxs xilasetmə çəmbərini suya atıb. Qız və onu xilas edən şəxs hipotermiya (bədən temperaturunun aşağı düşməsi) şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər. Xilaskarın telefonu və sənədləri suyun dibində qalıb.

Qız hüquq-mühafizə orqanlarının əməkdaşlarına hadisədə özünün günahkar olduğunu bildirib.

Mənbə: “SHOT” Telegram kanalı 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri