27 
İyn
2022
19:53
291
39
1570
Virtual karabakh

Moldova Prezidenti Sandu Kiyevə səfərə gəlib

27 İyn, 2022
19:53
1570

Moldova Prezidenti Sandu Kiyevə səfərə gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova Prezidenti Maya Sandu bu gün elan olunmamış səfərlə Kiyevə gəlib.

İyunun 27-də Kiyevə səfəri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə məlumatı Sandu administrasiyası təsdiqləyib.

Qeyd olunur ki, Sandu paytaxtın ətraf rayonlarına - Buça, İrpinə və Borodyankaya səfər edəcək. Bu şəhərlər Rusiyanın təcavüzündən və müharibə cinayətlərindən çox əziyyət çəkib.

Maya Sandu Kiyevə səfər etmək niyyətini iyunun 24-də açıqlayıb.

“Bu rayonlara səfərlər planda var. Amma mən bütün məqamlar təsdiqlənəndən sonra sizə təfərrüatları deyəcəyəm”, - deyə Sandu bildirib.

Daha sonra Zelenski Administrasiyasının mətbuat katibi Sergey Nikiforov bildirib ki, bu səfər baş tutsa belə təhlükəsizlik baxımından heç kimə bu barədə əvvəlcədən məlumat verilməyəcək.

Sandu etiraf edib ki, Moldovanın döyüşə hazır ordusu yoxdur. Dövlət başçısı vurğulayıb ki, Moldova peşəkar və müasir ordunun yaradılması üçün bütün səylərini göstərməlidir.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri