27 
İyn
2022
21:06
51
713
5301
Virtual karabakh

Rusiya Ukraynada ticarət mərkəzini vurdu: Ölənlər var - YENİLƏNİB + VİDEO

27 İyn, 2022
21:06
5301

Rusiya Ukraynada ticarət mərkəzini vurdu: Ölənlər var - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynadakı ticarət mərkəzinə raket hücumu nəticəsində azı 10 nəfər həlak olub.

Daha 40 nəfər yaralanıb. Bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin məlumat yayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti əlavə edib ki, “Amstor” ticarət mərkəzində yanğın sahəsi 10 min kvadratmetrdən çoxdur.

20:15

Rusiya ordusu Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə raket hücumu həyata keçirib. Həmin an binada mindən çox ziyarətçi olub.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“İşğalçılar mindən çox dinc sakinin olduğu ticarət mərkəzini raketlərlə atəşə tutublar. Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil”, - Zelenski yazıb.

O, bu obyektin Rusiya ordusu üçün heç bir təhlükə və strateji əhəmiyyət daşımadığını vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri