27 
İyn
2022
23:50
171
26
1438
Virtual karabakh

Stoltenberq: “Türkiyə ilə saziş üzərində işləyirik”

27 İyn, 2022
23:50
1438

Stoltenberq: “Türkiyə ilə saziş üzərində işləyirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Madrid sammiti öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib.

Alyansın rəhbəri Türkiyə ilə saziş üzərində çalışdıqlarını deyib:

“Biz İsveç, Finlandiya və Türkiyə arasında silah ixracı, terrorla mübarizə də daxil olmaqla Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün saziş üzərində işləyirik”, - Stoltenberq bildirib.

İsveç baş naziri Maqdalena Andersson isə ölkəsinin bundan sonra terrorçular üçün etibarlı sığınacaq olmayacağını vəd edib.

“Ümid edirəm ki, NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar qısa zamanda tamamlana bilər. İsveç terrora qarşı sərt mövqeyini davam etdirəcək, terrorçular üçün etibarlı sığınacaq olmayacaq”, - deyə o, vurğulayıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri