28 
İyn
2022
03:22
517
52
2613
Virtual karabakh

Ukraynaya üç ədəd “Bayraktar” pulsuz veriləcək - FOTO

28 İyn, 2022
03:22
2613

Ukraynaya üç ədəd “Bayraktar” pulsuz veriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Baykar” şirkəti Ukraynaya üç ədəd pulsuz “Bayraktar TB2” PUA verəcək.

Bu barədə şirkət “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, istehsalçı “Xalq Bayraktarı” adlı ianə kampaniyasından xəbərdardır.

“Baykar TB2 üçün ödənişi qəbul etməyəcək və 3 PUA-nı pulsuz olaraq Ukrayna cəbhəsinə göndərəcək”, - şirkətdən bildirilib.

Eyni zamanda, “Baykar” toplanan vəsaiti Ukrayna xalqına mübarizədə kömək etmək üçün göndərməyi xahiş edib.

Xatırladaq ki, ukraynalılar ölkənin Silahlı Qüvvələri üçün “Bayraktar” pilotsuz uçan aparatları almaq məqsədilə üç gün ərzində Sergey Pritulanın fonduna 15 milyon dollar vəsait göndəriblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri