29 
İyn
2022
02:36
158
48
1221
yuxarı
Qazaxıstanda körpə alveri ilə məşğul olan sayt aşkar edilib
29 İyn, 2022
02:36
1221
158
48
Qazaxıstanda körpə alveri ilə məşğul olan sayt aşkar edilib
Qazaxıstanda körpələrin alveri ilə məşğul olan internet saytı aşkar edilib.
Bu barədə Almatı Prokurorluğu xəbər yayıb.
Bildirilir ki, saytda gənc qadınlar yeni doğulan körpələrini satırlar. Bundan başqa, resursda qanundan yan keçərək uşaq övladlığa götürmək istəyənlərin də elanları tapılıb.
Alatau vilayətinin prokuroru saytın qanunsuz elan edilməsi və Qazaxıstan ərazisində fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib, məhkəmə ərizəni təmin edib.
“Eyni zamanda “insan alveri” maddəsi ilə bağlı yoxlama aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Bu cinayət əməli əmlakı müsadirə olunmaqla 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - deyə prokurorluqdan əlavə edilib.
Mənbə: Tengrinews
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək