29 
İyn
2022
03:09
105
21
985
Virtual karabakh

“Marvel” Rusiyaya görə “Gizli istila” serialını yenidən çəkəcək - FOTO

29 İyn, 2022
03:09
985

“Marvel” Rusiyaya görə “Gizli istila” serialını yenidən çəkəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Marvel” studiyası “Gizli istila” (“Secret Invasion”) serialını yenidən çəkməyə hazırlaşır.

 Bu barədə “Patreon” platformasında insayder Daniel Rixtman məlumat verib.

Təkrar çəkilişlərin iyulun ortalarında başlayacağı və dörd ay yarım davam edəcəyi gözlənilir.

Uzun sürən təkrar çəkilişlər Rusiyanın Ukrayna ərazisində davam edən müharibə əməliyyatı ilə birbaşa bağlıdır və ssenaridə Rusiya lokasiyalarının başqaları ilə əvəzlənəcəyi ehtimal olunur.

“Gizli istila” serialının premyerası 2023-cü ildə “Disney+”da olacaq.

Serialda baş rolları Semyuel L.Cekson, Talos Ben Mendelson, Emiliya Klark və Kinqsli Ben-Adir canlandırıblar.

Yanvarın əvvəlində İngiltərənin Lids və Halifaks şəhərlərində “Gizli istila” filminin çəkilişlərinə başlanılıb. Şəhərdə Moskva küçələrini xatırladan dekorasiyalar – meydançada böyük, şişirdilmiş kuklalar, Milli Birlik Günü üçün plakatlar, rusdilli vitrinlər (xüsusən də “Dəli qalereyası” yazısı ilə) və Moskva nömrəli avtomobillər quraşdırılırdı.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri