28 
İyn
2022
22:44
375
29
958
yuxarı
Bolqarıstan Rusiya səfirliyinin 70 əməkdaşını ölkədən çıxarır: Casusluqda ittiham olunurlar
28 İyn, 2022
22:44
958
375
29
Bolqarıstan Rusiya səfirliyinin 70 əməkdaşını ölkədən çıxarır: Casusluqda ittiham olunurlar
Bolqarıstan 70 diplomatı və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini “persona non qrata” elan etmək qərarına gəlib.
Bu barədə Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Rusiya Bolqarıstanın 70 diplomatını ölkədən çıxarmasına cavab verəcək.
Qeyd edək ki, Bolqarıstanın baş naziri vəzifəsini icra edən Kiril Petkov ölkə parlamentindəki çıxışında səfirlik nümayəndələrinin xüsusi xidmət orqanlarının əməkdaşları olduğunu bəyan edib.
O qeyd edib ki, iyulun 3-dək həmin əməkdaşlar Moskvaya göndəriləcək.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək