29 
İyn
2022
12:30
81
12
1025
Virtual karabakh

Stoltenberq yeni Strateji Konsepsiyanın Rusiya ilə bağlı əsas müddəasını açıqladı

29 İyn, 2022
12:30
1025

Stoltenberq yeni Strateji Konsepsiyanın Rusiya ilə bağlı əsas müddəasını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NATO Rusiyanı sammitdə alyans üçün birbaşa təhdid kimi səciyyələndirəcək və NATO-nun gələcəyinin qurulmasında çertyoj rolunu oynayacaq yeni Strateji Konsepsiya qəbul ediləcək”.

Bunu çərşənbə günü NATO-nun Baş katibi Yens Stoltenberq sammitə gələrkən deyib.

“Biz alyansımız üçün yeni Strateji Konsepsiya qəbul edəcəyik ki, bu da alyansı gələcəkdə daha rəqabətli və təhlükəli dünyaya necə aparmağın, NATO-nun və onun tərkibində olan bir milyard vətəndaşın təhlükəsizliyini necə təmin etməyin çertyojuna çevriləcək”, - deyə Stoltenberq qeyd edib.

“Əvvəlki Strateji Konsepsiya 2010-cu ildə qəbul edilib və orada Rusiya strateji tərəfdaş adlandırılıb. Yeni Strateji Konsepsiyada isə Rusiya alyansın təhlükəsizliyinə əsas təhdid kimi səciyyələndiriləcək".

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri