30 
İyn
2022
11:30
9
96
515
Virtual karabakh

Avstriyanın qərbində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub: Ölən var

30 İyn, 2022
11:30
515

Avstriyanın qərbində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub: Ölən var

Avstriyada, Karintiyanın Fillax Land dağlıq bölgəsində güclü yağışlar səbəbindən çaylar daşıb, torpaq sürüşmələri olub.

“Üç kəndlə əlaqə tamamilə kəsilib... Ordu və yanğınsöndürənlər kəndlərə çıxış əldə etmək üçün küçələri təmizləməyə çalışırlar”, - deyə Qızıl Xaç Cəmiyyətinin İtaliya və Sloveniya ilə həmsərhəd ərazidəki sözçüsü Melani Reyter bildirib.

“Təəssüf ki, bir nəfər evin qarşısında ölü tapılıb”, - deyə polis nümayəndəsi qeyd edib.

O əlavə edib ki, hələ də avtomobilində səyahət edərkən itkin düşdüyü güman edilən başqa bir şəxsin də axtarışları davam edir.

Rayon rəhbəri Bernd Ripanın sözlərinə görə, xeyli ev qismən su altında qalıb, lakin dəqiq say hələ məlum deyil. Fillax Landda dağıntılarla dolu küçələri və qismən su və palçığa qərq olmuş evləri görmək olar.

“Biz bir neçə cəbhədə döyüşürük. Hadisə yerinə bir neçə helikopter göndərmişik... Lakin bəzi fermalar çox uzaqdadır və hələ də onlara çatmaq üçün səylər göstərilir”, - deyə Ripan əlavə edib.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri