İyl
2022
14:27
285
27
3376
Virtual karabakh

Rusiyalı hərbçilər Zmeyinı adasından necə qaçdılar? - TƏFƏRRÜAT

1 İyl, 2022
14:27
3376

Rusiyalı hərbçilər Zmeyinı adasından necə qaçdılar? - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna hərbçilərinin Zmeyinı adasında Rusiya qüvvələrini raket və artilleriya zərbələrinə məruz qoyması nəticəsində düşmənin səhra silah anbarı, “Tor” zenit-raket kompleksi, dizel generatoru olan qoşqu və bir ədəd kiçik qayıq məhv edilib.

Bu barədə “Pivden” operativ komandanlığından bildirilib.

Məlumata görə, Rusiya ordusu geri çəkilərkən özünün reaktiv yaylım atəş sistemini və “Tor” ZRK-nın daşıyıcı-doldurucu maşınını partladıb.

“...Zmeyinı adasından şəxsi heyətin təcili təxliyəsini başa çatdıran raşistlər hərbi texnikanı, sənədləri və əmlakı məhv ediblər. Yəqin ki, adanın yaxınlığındakı ərazinin, estakadanın və ətraf suların minalanması həyata keçirilib...” - deyə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri