İyl
2022
16:30
226
23
1531
Virtual karabakh

“Universal Pictures” Rusiyanı tərk edir

2 İyl, 2022
16:30
1531

“Universal Pictures” Rusiyanı tərk edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

​“Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək.

Bu barədə “Bulletin of the Film Distributor” portalına məlumat verilib.

Nəşr şirkətdəki mənbəyə istinadən qeyd edir ki, “Universal” bundan əvvəl bir sıra kinoteatrlara bir neçə ay ərzində fəaliyyətinin məhdudlaşdırılacağı barədə mesaj göndərib.

“Əsas şirkət Rusiya Federasiyasında fəaliyyətini dayandırmaq qərarına gəlib, çünki xarici şirkətlərin üzləşdiyi çoxsaylı çətinliklər səbəbindən işləmək qeyri-mümkün olub”, - deyə məktubda qeyd edilib.

Xatırladaq ki, “The Walt Disney Company”, “Paramount” Rusiya Federasiyasında fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri