İyl
2022
15:45
23
161
1214
Virtual karabakh

Cənubi Çin dənizində göyərtəsində 30 nəfər olan gəmi ikiyə bölündü – VİDEO

2 İyl, 2022
15:45
1214

Cənubi Çin dənizində göyərtəsində 30 nəfər olan gəmi ikiyə bölündü – VİDEO

İyulun 2-də səhər saatlarında Honkonqdan cənub-qərbdə, Cənubi Çin dənizi sahillərində mühəndis gəmisi qəzaya uğrayıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 30 ekipaj üzvü olan gəmi naməlum səbəblərdən iki hissəyə bölünüb.

Qəza yerinə xilasedici gəmi, bir təyyarə və iki helikopter yollanıb, lakin ərazidə hazırda tüğyan edən “Çaba” qasırğası onlara mane olur. Heyət üzvlərindən yalnız üçü xilas edilib, qalanlarının taleyi məlum deyil. Axtarış davam edir.

Qeyd edək ki, Çaba tropik qasırğası ilə əlaqədar Honkonqda səkkizinci səviyyəli tufan xəbərdarlığı elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri