İyl
2022
22:48
40
547
3562
Virtual karabakh

ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

3 İyl, 2022
22:48
3562

ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar meymunçiçəyinə yoluxma hallarının artdığını açıqlayıb. Təşkilatın Avropa bölməsinin direktoru Hans Kluge yoluxma hallarının son iki həftə ərzində üç dəfə çoxaldığını bildirib.

ÜST-ün məlumatına görə, epidemiyanın episentri Avropadır. Qitədə 4500-dən çox yoluxma halı var.

Bildirilib ki, xəstələrin əksəriyyəti 21-40 yaş arasındadır. Onların 99 faizi kişilərdir.

Qeyd olunub ki, xəstəliklərin sayı sürətlə artsa da, hələ də Avropada meymunçiçəyi virusundan ölən olmayıb.

Hazırda hər 10 xəstədən biri xəstəxanada müalicə olunur. Yalnız 1 nəfər reanimasiyaya aparılıb.

Mənbə: Haber Globa

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri