İyl
2022
17:48
137
243
1477
Virtual karabakh

Donetsk vilayətində rusiyalılar fransız jurnalistləri atəşə tutdular - VİDEO

4 İyl, 2022
17:48
1477

Donetsk vilayətində rusiyalılar fransız jurnalistləri atəşə tutdular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Donetsk vilayətində rusiyalılar Fransanın “France 24” telekanalının çəkiliş qrupunu atəşə tutublar. Bu, jurnalistlərin ukraynalı xilasedicilərin işi haqqında süjeti lentə aldıqları zaman baş verib.

Bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Həmçinin su almağa gələn ukraynalılar da atəşə tutulublar.

“Fransanın “France 24” telekanalı jurnalistlərinin Donetsk vilayətində ukraynalı xilasedicilərin işi barədə süjeti rusiyalıların onları atəşə tutmaları nəticəsində yarımçıq qalıb. Dövlət Fövqəladə Hallar Xidməti tərəfindən su götürməyə gətirilən yerli sakinlər, bizim uşaqlar və fransalı jurnalistlər atəşə tutulublar”, - deyə departamentdən qeyd edilib.

Dövlət Fövqəladə Hallar Xidməti əlavə edib ki, fransızlar bombardmanların görüntülərini süjetdən kəsməyiblər.

“Ona görə də siz Donetsk vilayətinin xilasedicilərinin hər gün hansı şəraitdə işləməli olduğunu görə bilərsiniz”, - deyə xidmət son olaraq əlavə edib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri