İyl
2022
22:09
63
201
2520
Virtual karabakh

ABŞ-da Müstəqillik Günü paradında ölən və yaralananların sayı artıb – YENİLƏNİB + VİDEO

4 İyl, 2022
22:09
2520

ABŞ-da Müstəqillik Günü paradında ölən və yaralananların sayı artıb – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 ABŞ-ın Müstəqillik Günü şərəfinə keçirilən paradda atışma nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayılan məlumata görə, atıcı paradın keçirildiyi ərazinin yaxınlığındakı evlərdən birinin damından atəş açıb.

O, hazırda azadlıqdadır və ehtimal ki, kamuflyaj geyimindədir. Hadisə yerində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Yerli sakinlərə evdə qalmaq və şəhərin mərkəzinə daxil olmamaq tapşırılıb.

Mənbə: TASS

21:03

ABŞ-ın İllinoys ştatında Müstəqillik Günü paradında silahlı şəxs atəş açıb.

Hadisə Haylend Parkda baş verib.

Məlumata görə, nəticədə azı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Yerli sakinlər 25-ə yaxın atəş səsi eşitdiklərini bildiriblər.

İnsidentin baş verdiyi əraziyə polis və yanğınsöndürmə xidmətləri gəlib.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri