İyl
2022
08:20
17
115
2310
Virtual karabakh

Mars “fatehi” gözlənilməz zədə alıb

5 İyl, 2022
08:20
2310

Mars “fatehi” gözlənilməz zədə alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Perseverance” roverinin Marsın səthinə enməsindən bir ildən bir qədər çox vaxt keçib.

Lakin cihaz artıq kifayət qədər ciddi problemlə üzləşib.

Qadcetin təchiz olunduğu “Mars Environmental Dynamics Analyzer” (MEDA) meteoroloji stansiyasının işinə cavabdeh olan mühəndislər külək sensorlarından birinin xarab olduğunu açıqlayıblar.

Məlumata görə, Qırmızı Planetdə güclü külək qalxıb, nəticədə roverin gövdəsinə daş dəyib.

Bildirilir ki, hazırda baş verənlərə görə sensorun imkanları kifayət qədər məhduddur.

Xatırladaq ki, “Perseverance” 18 fevral 2021-ci ildə Marsa eniş edib. O vaxtdan bəri cihaz “İngenuity” helikopteri ilə birlikdə milyardlarla il əvvəl mikroblarla zəngin ola biləcək qədim çay deltasını tədqiq edir.

Mənbə: ferra.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri