İyl
2022
11:42
186
19
2443
Virtual karabakh

İsveçin baş naziri Zelenskiyə 1711-ci ilin tarixi sənədini təqdim etdi

5 İyl, 2022
11:42
2443

İsveçin baş naziri Zelenskiyə 1711-ci ilin tarixi sənədini təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İsveç Krallığının Baş naziri Maqdalena Andersson ilə görüşüb, onlar Kiyev vilayətinə səfər ediblər və birgə bəyanat imzalayıblar.

Bu barədə Ukrayna Prezident Aparatının saytı məlumat yayıb.

“Bu gün biz baş nazirlə birgə bəyanatla bağlı razılığa gəldik. Bu, ikitərəfli münasibətlər tarixində ilk sənəddir.

Birgə bəyanatda hər iki dövlətimiz üçün əsas məsələlər öz əksini tapıb. Bu, xüsusilə müdafiə sahəsində əməkdaşlıq, sənaye sahəsi, nüvə enerjisi, enerji səmərəliliyi sahələrində əməkdaşlıq və Ukraynaya maliyyə dəstəyi kimi istiqamətləri əhatə edir.

Mən gələcəkdə Avropa İttifaqına tam üzv olmaq istiqamətində kursumuzu dəstəklədiyinə görə İsveçə çox minnətdaram”, - deyə Zelenski qeyd edib.

Maqdalena Andersson Zelenskiyə İsveç Dövlət Arxivində saxlanılan 1711-ci il məktubun surətinin verildiyini açıqlayıb. Bu məktubda kral XII Karl İsveçin Konstantinopoldakı səfirinə Zaporojye Seçini müstəqil dövlət kimi tanımaq barədə təlimatlar verir.

Mənbə: Ukrainskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri