İyl
2022
19:17
38
171
1028
Virtual karabakh

Rusiyalı deputata Ukrayna bayrağına bənzəyən Tuva bayrağını açmaq qadağan edildi - VİDEO

5 İyl, 2022
19:17
1028

Rusiyalı deputata Ukrayna bayrağına bənzəyən Tuva bayrağını açmaq qadağan edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Qırmızı Meydanında növbətçilik edən polis əməkdaşları Tuva Respublikasından olan deputat Roman Tamoyevə bölgənin mavi və sarı rəngli bayrağını açmağı qadağan ediblər.

Tamoev, moskvalılar və paytaxt qonaqları arasında “Tuva Respublikası haqqında nə bilirsiniz?” sualı ilə sorğu keçirəcəyini bildirib.

“Mən Tuva bayrağı ilə gəzmək, insanlardan müsahibə almaq istəyirdim. Amma polis icazə vermədi. Mən onlara dedim ki, təxribatçı deyiləm, mən vətənpərvərəm, bu, Rusiya Federasiyasının subyektidir. Mənə cavab verdilər ki, mümkün deyil, müəyyən qanunlar var”, deyə deputat qeyd edib.

O, polisin dediyi qanunları tapa bilmədiyini də vurğulayıb.

“İndi bizim sarı və mavi olan hər şeyimiz qanunsuzdur? Bir vətəndaş kimi bu məni çox təəccübləndirdi. Gerblərində və bayraqlarında mavi və sarı rənglər olan çoxlu sayda regionlarımız var”, - deyə Tamoyev etiraz edib.

O, həmçinin bildirib ki, keçirdiyi sorğu respondentlərin əksəriyyətinin Tuva regionu haqqında heç nə bilmədiyi göstərib. Belə ki, çoxları Tuva bayrağını Ukrayna bayrağı ilə qarışdırıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri