İyl
2022
00:17
144
37
1358
Virtual karabakh

Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya edən ilk ölkə Kanada oldu

6 İyl, 2022
00:17
1358

Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya edən ilk ölkə Kanada oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları ratifikasiya edən ilk NATO ölkəsi olub.

Bu barədə Kanadanın baş naziri Castin Trüdonun çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

“Bu gün (5 iyul) Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını ratifikasiya edən ilk ölkə oldu. Bu, iki ölkəni alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırır”, - deyə baş nazir bildirib.

Trüdo iki ölkənin tez və effektiv şəkildə NATO-ya inteqrasiya edə biləcəyinə əminliyini ifadə edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri