İyl
2022
10:42
1
2
272
Virtual karabakh

BMT həyəcan təbili çalır: “Varlı ilə kasıb arasındakı uçurum getdikcə böyüyür, aclıq gözlənilir” - VİDEO

6 İyl, 2022
10:42
272

BMT həyəcan təbili çalır: “Varlı ilə kasıb arasındakı uçurum getdikcə böyüyür, aclıq gözlənilir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəşəriyyət 2030-cu ilə qədər aclığa son qoymaq məqsədindən uzaqlaşır.

Bu qənaətə BMT-nin ekspertləri gəliblər və nəticəyə görə, ötən il dünyada təxminən 830 milyon insan qida çatışmazlığı yaşayıb, bu isə dünya əhalisinin 10 faizini təşkil edir.

Qeyd olunur ki, ac insanların sayı 2020-ci illə müqayisədə 46 milyon nəfər artıb.  

“Ümumilikdə, pandemiyanın başlanğıcından bəri qida çatışmazlığından əziyyət çəkən insanların sayı 150 milyon artıb. Biz həddindən artıq yoxsulluğun artdığını görürük, onunla mübarizə aparmaq üçün onilliklər ərzində aparılan səylər boşa gedib. Dünyada varlı ilə kasıb arasındakı uçurum getdikcə böyüyür. Xüsusilə narahatedici məqam odur ki, getdikcə daha çox insan normal qidalanmaqdan məhrum olur. Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsində fəlakətli ərzaq vəziyyəti yaranıb”, - deyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) baş iqtisadçısı Maksimo Torero bəyan edib.

Mənbə: Euronews

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri