İyl
2022
16:18
33
207
1263
Virtual karabakh

Çinin bəzi şəhərlərində COVID-19-a görə obyektlər bağlanır

6 İyl, 2022
16:18
1263

Çinin bəzi şəhərlərində COVID-19-a görə obyektlər bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pekin və Şanxayın bəzi hissələrinin sakinləri kütləvi şəkildə COVID-19 testləri verməyə davam edirlər, Honkonq və Makao isə xəstəliyin yeni dalğası ilə üzləşib.

Şəhər səhiyyə komissiyasının məlumatına görə, Şanxayda epidemiyanın yeni dalğası işçilərin və müştərilərin təhlükəsizlik tədbirlərinə əməl etmədikləri karaoke barın fəaliyyəti ilə bağlıdır. Bununla əlaqədar olaraq, bütün oxşar müəssisələr müvəqqəti olaraq bağlanacaq və sakinlər yenidən kütləvi şəkildə koronavirus testlərindən keçmək məcburiyyətində qalacaqlar. Şəhər hələ bu yaxınlarda milyonlarla sakinin bir neçə həftə evlərini tərk edə bilmədiyi sərt lokdauna son vermişdi.

İyunun ortalarında “Heaven Supermarket” gecə klubu ilə əlaqəli 228 yeni yoluxma aşkar edildikdən sonra Pekində kütləvi sınaqlar davam edir. Həmçinin çoxlu sayda xarici vətəndaşın yaşadığı Şunyi rayonunda ən azı bir yaşayış kompleksi karantin üçün bağlı qalır. Kompleks polad hasarla əhatə olunub və sakinlərin ərazini tərk etmələrinə icazə verilmir.

Sian şəhərində restoranların yalnız yemək üçün fəaliyyət göstərməsinə icazə veriləcək və ictimai əyləncə yerləri ən azı bir həftə bağlanacaq. Eyni zamanda supermarketlər, ofislər və ictimai nəqliyyat adi rejimdə fəaliyyətini davam etdirəcək. Digər şəhərlərdə olduğu kimi, Sian şəhərində də xəstəliyə qarşı kütləvi testlər davam etdiriləcək.

Makaoda eyniadlı yarımadanın ən hündür binası olan “Grand Lisboa Hotel” koronavirus halları aşkar edildikdən sonra karantinə alınıb. Həmçinin 650 minə yaxın insanın yaşadığı bir neçə yaşayış və ticarət mərkəzi “qırmızı zona” kimi müəyyən edilib. Hakimiyyət adanın əsas gəlir mənbəyi olan kazinolar istisna olmaqla, Makaonun əksər müəssisələrinin bağlanması barədə göstəriş verib. Həmçinin bu həftə adanın bütün sakinləri koronavirus üçün üç testdən keçməli olacaqlar.

Bu epidemiya Makaoda pandemiyanın başlanmasından bəri ən böyüyüdür. İyunun ortalarından bəri adada 900-dən çox koronavirusa yoluxma halı aşkar edilib.

Mənbə: İnterfaks

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri