İyl
2022
02:24
237
10
2279
Virtual karabakh

Yunanıstanda gürcü qanuni oğru və onun qruplaşmasının 12 üzvü saxlanılıb

7 İyl, 2022
02:24
2279

Yunanıstanda gürcü qanuni oğru və onun qruplaşmasının 12 üzvü saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstan polisi gürcü qanuni oğru Kako Bilanişvilinin başçılıq etdiyi cinayətkar qruplaşmaya qarşı reyd keçirib.

Bu barədə “Novosti-Georgia” Yunanıstan mətbuatına istinadən xəbər verib.

Bildirilir ki, Bilanişvilinin dəstəsi 12 nəfərdən ibarət olub, onlardan biri İraq vətəndaşı, qalanları isə Gürcüstan vətəndaşları olub. Onlar iyunun 8-də saxlanılıblar və bu həftə Afina prokurorluğunun göstərişi ilə onların fotoları ictimaiyyətə açıqlanıb.

Son bir il ərzində qrupun üzvləri bütün Attikada ümumi məbləği 120 min avrodan çox məbləğdə onlarla oğurluq edib.

Axtarışlar nəticəsində təqsirləndirilən şəxslərdən oğurlanmış bəzi əşyalar: külli miqdarda qızıl-zinət əşyaları və bahalı saatlar, müxtəlif elektron cihazlar və mobil telefonlar, gün eynəkləri və ətirlər, habelə 8 347 avro məbləğində nağd pul götürülüb.

Polis həmçinin odlu silah və qapı qıfıllarını sındırmaq üçün alətlər tapıb.

Mənbə: Exo Kavkaza

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri