10 
İyl
2022
05:18
312
33
2070
Virtual karabakh

Kanada Ankaranın tələbi ilə rəsmi sənədlərdə Türkiyənin adının yazılışını dəyişib

10 İyl, 2022
05:18
2070

Kanada Ankaranın tələbi ilə rəsmi sənədlərdə Türkiyənin adının yazılışını dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanada hökuməti rəsmi sənədlərdə Türkiyənin adını türkcə fonetik qaydalara uyğun yazılsın deyə dəyişib.

Kanada Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, bu, rəsmi Ankarının tələbi əsasında edilib.

Bundan sonra Turkey (ingilis dilində “türklər” kimi tələffüz olunur - Red) və Turquie (fransızca “türklər” kimi oxunur - Red) əvəzinə bu ölkənin adı Turkiye (Kanada hökumətinin rəsmi sənədlərində “türklər”) yazılacaq.

Qeyd edək ki, Türkiyənin müraciətindən sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən xarici dillərdə “Turkey” olaraq istifadə olunan ölkə adı “Türkiye” olaraq dəyişdirilib.

Müraciət BMT tərəfindən qəbul edilərək təsdiqlənib. Nəticə etibarilə beynəlxalq səviyyədə ölkə adı olaraq istifadə olunan “Turkey” kəlməsi “Türkiye”yə dəyişdirilib.

Mənbə: Ctvnews

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri