12 
İyl
2022
13:48
120
319
1994
Virtual karabakh

Putin İrana səfər edəcək: Ərdoğanla görüş də Tehranda baş tutacaq - YENİLƏNİB

12 İyl, 2022
13:48
1994

Putin İrana səfər edəcək: Ərdoğanla görüş də Tehranda baş tutacaq - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin İranın paytaxtında İran və Türkiyə prezidentləri - İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək, həmçinin ikitərəfli görüşlər keçirəcək.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib:

“Bəli, biz bunu təsdiqləyə bilərik. Həqiqətən də prezidentin Tehrana səfəri hazırlanır. Orada Astana prosesinin qarantı kimi çıxış edən dövlət başçılarının görüşü baş tutacaq. Bildiyiniz kimi, bu, Suriya nizamlanmasına yardım edən bir prosesdir. Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüş də olacaq. Dünən biz Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik. Bu görüş də orada baş tutacaq”, - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Mənbə: TASS

13:12

Rusiya Prezidenti Vladimir Putinin gələn həftə Tehrana səfəri gözlənilir.

Bu barədə İran İslami Şura Məclisinin İqtisadi Komissiyasının sədri Məhəmməd Rza Pur İbrahimi məlumat verib.

O qeyd edib ki, İran və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafı üçün planların hazırlanması iki ölkə prezidentlərinin məsləhətləşmələrində prioritet olacaq.

Mənbə: MEHR

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri