13 
İyl
2022
04:50
12
110
3095
Virtual karabakh

“Instagram”dan YENİLİK: Canlı yayım funksiyasını genişləndirir

13 İyl, 2022
04:50
3095

“Instagram”dan YENİLİK: Canlı yayım funksiyasını genişləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur sosial media platforması “Instagram” canlı yayım funksiyasını genişləndirir.

“Instagram”da masaüstü kompüter və müxtəlif üçüncü tərəf platformalar vasitəsilə canlı yayım açmaq mümkün olacaq.

Instagram OBS, “Streamyard” və “Streamlabs” kimi canlı yayım proqramından istifadə edərək masaüstündən canlı yayım imkanı verən yeni aləti sınaqdan keçirir.

“Meta” sosial media platforması ilk dəfə tətbiqdən kənarda canlı yayıma imkan verir. Yeni inteqrasiya sayəsində “Instagram” paylaşımlarında xarici kamera, mikrofon və ya ekran şablonlarından istifadə etmək olar.

“Instagram”ın masaüstü versiyasında canlı yayıma başlamaq üçün əvvəlcə hansı yayım platformasını seçdiyinizi (məsələn, OBS və ya “Streamlabs”) göstərməlisiniz. Bundan sonra sizdən canlı yayımınıza başlıq verməyiniz istəniləcək. Başlığınızı seçdikdən sonra açarı və birbaşa yayım bağlantısını görəcəksiniz. Hər iki kodu xarici proqram təminatına köçürməklə siz “Instagram” yayınını xarici proqramla əlaqələndirmiş olacaqsınız.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri