13 
İyl
2022
10:30
199
10
2549
Virtual karabakh

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

13 İyl, 2022
10:30
2549

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 37 570-ə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 649 ədəd tankı, 3 832 ədəd zirehli döyüş maşını, 839 ədəd artilleriya sistemi, 247 ədəd reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 188 ədəd helikopteri, 155 qanadlı raketi, 2 704 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 678 ədəd dronu və 67 ədəd xüsusi texnikası məhv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri