13 
İyl
2022
23:42
53
212
5097
Virtual karabakh

Stüardessa Türkiyədən Rusiyaya uçan sərnişinin pulunu oğurladı

13 İyl, 2022
23:42
5097

Stüardessa Türkiyədən Rusiyaya uçan sərnişinin pulunu oğurladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Türkiyədən gələn sərnişini soymaqda şübhəli bilinən stüardessa saxlanılıb.

Moskvanın Şeremetyevo Hava Limanında Rusiya Daxili İşlər Nazirliyinin xətt şöbəsinə bir nəfər 6,4 min dollarının oğurlanması barədə məlumat verib.

O bildirib ki, Türkiyədən gələn zaman təyyarədə içində şəxsi sənədləri və külli miqdarda pul olan pulqabısını unudub. İki saatdan sonra hava limanının unudulmuş əşyalar otağında pulqabı ona verilsə də, orada 8,7 min dollardan cəmi 2,3 min dollar qalıb.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxsi Moskva küçələrindən birində saxlayıblar. Onun 35 yaşlı stüardessa olduğu üzə çıxıb. Qadın göyərtədə qalan pulqabını tapıb və içindən valyutanın bir hissəsini çıxardıqdan sonra onu unudulmuş əşyalar otağına aparıb.

Oğurlanmış dollarlar stüardessanın yaşadığı ünvanda aşkar edilərək götürülüb. Qadın törətdiyi cinayəti etiraf edib.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri