15 
İyl
2022
16:57
55
17
1061
Virtual karabakh

Donetsk vilayəti rəhbəri Baku TV-yə danışdı - VİDEO

15 İyl, 2022
16:57
1061

Donetsk vilayəti rəhbəri Baku TV-yə danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq 5 aya yaxındır ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları davam edir. Müharibənin hazırkı fonunda Donetsk vilayətində vəziyyətin gərginləşməsi tək qarşı tərəfin piyada hücumları ilə yox, son vaxtlar artan çoxsaylı raket zərbələri ilə də müşahidə olunur.

Donetsk vilayəti hərbi dövlət administrasiyasının rəhbəri Pavel Kirilenko Baku TV-nin Şərqi Avropa bürosuna mövcud hərbi və humanitar durum, o cümlədən Ukrayna ordusunun bölgədə imkanları barədə danışıb.

“Rusiya ordusu Liman istiqamətindən Slavyanska daha da yaxınlaşıb. Ancaq əsas mövqelərdə ciddi dəyişikliklər baş verməyib. Düşmən, demək olar ki, heç bir uğur əldə etməyib. Ukrayna Silahlı Qüvvələri mühasirəyə düşməmək, canlı qüvvəni qoruyub saxlamaq və müdafiə etmək, yenidən qruplaşdırmaq üçün Lisiçanskdan geri çəkilib. Hazırda Donetsk vilayətinin müvəqqəti mərkəzi olan Kramotosk şəhərindəyik. Əsas problem qaz təminatı ilə bağlıdır. Aktiv hərbi əməliyyatlar zonasında qaz xətti vurulub. Qida məhsullarına və humanitar yüklərin daşınmasına gəlincə, bu baxımdan vəziyyət nəzarət altındadır”, - deyə vilayət rəhbəri bildirib.

Qeyd edək ki, Baku TV-nin çəkilişlərinin ardınca Donetsk vilayəti istiqamətində yenidən genişmiqyaslı hücuma keçən Rusiya ordusu və separatçı qüvvələr Baxmut, Severski, Slavyansk, Çasov Yar və Avdeevka rayonlarına dayanmadan raket zərbələri endirib.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri