15 
İyl
2022
23:18
183
68
3378
Virtual karabakh

Rusiyada sürücü avtomobilini saxlayan polisləri yandırmağa cəhd etdi - VİDEO

15 İyl, 2022
23:18
3378

Rusiyada sürücü avtomobilini saxlayan polisləri yandırmağa cəhd etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqırdıstanda sürücü avtomobilini saxlayan polis əməkdaşlarını yandırmağa cəhd edib.

“Səkkizliy”i idarə edən şəxs Kuqarçinski rayonunda saxlanılıb. Müfəttişlər sürücünün sərxoş olduğunu düşündüyü üçün ona alkoqol testindən keçməyi təklif edib, lakin o, bundan imtina edib. Sonradan məlum olub ki, o, ümümiyyətlə sürücülük hüququndan məhrum olunub.

Qanun pozucusu müfəttişlərdən qisas almaq istəyib: o, maşından çıxaraq baqajdan benzin konteynerini çıxarıb. Polislərdən biri konteyneri ondan götürməyə çalışsa da, yanacaq onun üzərinə dağılıb - bu zaman sürücü inspektoru da yandırıb.

Ağır yanıq xəsarətləri alan polis xəstəxanaya yerləşdirilib, cinayətkar isə saxlanılıb. Onu hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə cinayət işi gözləyir.

Mənbə: “Telegram” Baza

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri