18 
İyl
2022
13:24
18
223
2073
Virtual karabakh

ÜST Afrika ölkəsində epidemiya elan etdi: Onu da yarasalar yayır

18 İyl, 2022
13:24
2073

ÜST Afrika ölkəsində epidemiya elan etdi: Onu da yarasalar yayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərbi Afrika ölkəsi Qanada Marburq qızdırması epidemiyası elan edib. Ebolaya yaxın mənşəli olaraq təyin olunan, peyvəndi və ya spesifik müalicəsi olmayan Marburq qızdırmasının ölüm nisbəti yüzdə 90-a çata bilər.

Laboratoriyalar bu ayın əvvəlində açıqlanan iki halda infeksiyaları təsdiqlədikdən sonra ÜST Qanada Ebolaya bənzər Marburq virusu xəstəliyinin ilk epidemiyasını elan edib.

ÜST-dən verilən açıqlamada Seneqalda bir laboratoriyaya göndərilən nümunələrdə Marburq virusunun aşkar edildiyi bildirilib. Qeyd olunub ki, xəstələrin təmasda olduqları 90-dan çox şəxs, o cümlədən tibb işçiləri müəyyən edilərək nəzarətə götürülüblər.

ÜST-ün Afrika direktoru dr. Matshidiso Moeti bununla bağlı verdiyi açıqlamada səhiyyə orqanlarının Marburq virusuna dərhal reaksiya verdiklərini və hazırlıq görməyə başladıqlarını ifadə edib. Təcili tədbirlər görülməzsə, virusun nəzarətdən çıxa biləcəyini qeyd edən Moeti ÜST-ün bu işdə səhiyyə işçilərinə dəstək verdiyini bildirib.

Qananın Aşanti bölgəsində ayın əvvəlində dünyasını dəyişən iki nəfərdə Marburq qızdırmasının olduğu aşkarlanmış, lakin bununla belə, epidemiyanın təsdiqlənməsi üçün nümunələr Seneqaldakı laboratoriyaya göndərilmişdi.

Meyvə yarasaları vasitəsilə yoluxan Marburq qızdırması insanlar arasında bədəndən ifraz olunan mayelər və ya yoluxmuş şəxslərlə təmas nəticəsində də yayılır. İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli başağrısı, halsızlıq, qusma kimi təsirlər birdən-birə baş verir və yeddi gün ərzində bir çox xəstələrdə ağır hemorragik simptomlar özünü göstərir.

Marburq qızdırmasında ölüm nisbəti 23 faizlə 90 faiz arasında dəyişə bilir.

Qeyd edək ki, 2019-cu ildən dünyanı cənginə alan koronavirus infeksiyasının da ilkin olaraq yarasalar tərəfindən insanlara ötürüldüyü bildirilir.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri