18 
İyl
2022
14:54
52
683
11483
Virtual karabakh

Azərbaycanlı teleaparıcı Rusiya-Ukrayna müharibəsində həlak oldu - YENİLƏNİB + FOTO/VİDEO

18 İyl, 2022
14:54
11483

Azərbaycanlı teleaparıcı Rusiya-Ukrayna müharibəsində həlak oldu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ötən gün Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Azərbaycan əsilli Kərim Qulamovla bağlı paylaşım edib. 

Vladislav Kanevski paylaşımı öz “Facebook” səhifəsində dərc edib.

“Azərbaycan əsilli Ukrayna əsgəri Kərim Qulamov Rusiya işğalçıları ilə döyüşdə həlak olub. Ukraynada Kərim M2 telekanalında aparıcı kimi tanınırdı. Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu Vətənini müdafiə etmək üçün ayağa qalxmışdı...”, - deyə səfir qeyd edib.

10:20

Ukraynada gedən ağır döyüşlər zamanı azərbaycanlı teleaparıcı Kərim Qulamov həlak olub.

Bu barədə yaxınları Kərim Qulamovun şəxsi “Facebook” səhifəsində məlumat yerləşdiriblər.

Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb.

Qeyd olunur ki, Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.

Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan Qulamov Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri